 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Luqanskın Staxanov şəhərində bir sakin nadir növ hesab edilən Amur pələnginin balasını qanunsuz şəkildə mənzilində saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.
İki aylıq dişi pələng balasının DNR ərazisindən digər heyvanlarla birlikdə alındığı ehtimal edilir. Baytarların ilkin qiymətləndirməsinə görə, heyvanın səhhətində problem yoxdur.
Pələng balası müvəqqəti olaraq şəhər parklarından birindəki zoobucağa yerləşdiriləcək.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ