İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa böyük müharibəyə HAZIRLAŞIR - Baş nazir AÇIQLADI

Polşadakı bütün kişilər hərbi hazırlıqdan keçməli olacaq.

Musavat.com xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Seymdə bildirib.

Onun sözlərinə görə, proqram ilin sonuna qədər təqdim olunacaq.

Söhbət Polşada hər bir yetkin kişi üçün genişmiqyaslı hərbi təlimdən gedir.

"Bu ilin sonuna qədər hər bir yetkin kişi üçün müharibə vəziyyətində təlim keçmək üçün bir model hazırlamağa çalışacağıq. Beləliklə, bu ehtiyatlar potensial təhdidlərlə uyğun və adekvat olacaq", - Tusk deyib.

Baş nazir Polşa ordusunun, o cümlədən ehtiyat qüvvələrinin sayını 200 min nəfərdən təxminən 500 minə qədər artırmaq istədiyini də qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR