İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev Donald Trampın üzərini yazdığı fotoları ilk dəfə paylaşdı

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial səhifəsindəki hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.

photo_2025-08-25_18-13-11.jpg (174 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR