İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pula görə evli kişinin yanında olmusan” – Vəfa ilə tiktokerin məhkəməsi oldu

Müğənni Vəfa Şərifova tiktoker Arzu Məmmədovanı (zuzu_muzisiyen) məhkəməyə verib.

Musavat.com xəbər verir ki, Vəfa Şərifova xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək Arzu Məmmədovanın cəzalandırılmasını istəyib.

Şərifova müraciətində Məmmədovanın qeyd edilən maddə ilə nəzərdə tutulmuş ən ağır həddə - 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəfa Şərifova iddiasında bildirib ki, tiktoker Arzu Məmmədova (zuzu_muzisiyen) ona qarşı “TikTok” sosial şəbəkəsində müxtəlif məzmunlu təhqir və böhtan xarakterli ifadələr işlədərək şərəf və ləyaqətini ləkələyib.

Bundan başqa, tiktoker Arzu Məmmədova (zuzu_muzisiyen) onun barəsində əsassız ittihamlar irəli sürüb, haqqında bir qadının şəxsiyyətinə və ləyaqətinə yaraşmayan ifadələr işlədib.

O, bu kimi qeyri-etik ifadələr işlətməklə, onun və ailə üzvlərinin ünvanına işlətdiyi bu ifadələri öz sosial hesabında deməklə yanaşı, özünün sosial şəbəkə hesablarında paylaşıb və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışıb.

Şərifova qeyd edib ki, Məmmədova özünə məxsus “zuzu_muzisiyen” adlı rəsmi “TikTok” hesabında onun barəsində aşağıdakı məzmunda paylaşımlar edib:

“Vəfa Şərifova özünü tanımayan, adıda məlumdur Şərəfsizovadır. Hansısa evli kişidən iki uşaq dünyaya gətirən Vəfa Şərifovayadır sözüm. Ay Vəfa, sən mani-maniyə görə hansısa evli kişinin yanında olmusan, ondan da iki uşaq doğmusan. Əvvəlinə bir az bax. Kiminsə kişisiylə tanınmaqla deyil”.

Şərifova bu ifadələri təhqir, böhtan və ictimai nüfuzunun korlanması kimi qiymətləndirib və Məmmədovanın cəzalandırılmasını istəyib.

Xocavənd Rayon Məhkəməsi şikayəti icraata qəbul etməyib. Əsas olaraq isə göstərilib ki, şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Bu əsasla da şikayət məhkəmənin icraatına qəbul edilməyib.

Vəfa Şərifova bu qərardan 20 gün sonra apellyasiya şikayəti verə bilərdi.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR