İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onları qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin Abxaziyanın rəhbəri Aslan Bjaniya və Cənubi Osetiyanın rəhbəri Alan Qaqloyevlə ayrı-ayrılıqda görüşlər keçirib.

Musavat.com xəbər verir ki, Bjaniya ilə keçirilən görüşdə Putin iqtisadiyyat, təhsil, səhiyyə və turizm sahələrində Abxaziya ilə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduğunu bildirib. O qeyd edib ki, keçən il regiona turist axını artıb və 2025-ci ildə də bu rəqəmin azı 7% yüksələcəyi gözlənilir.

Qaqloyevlə söhbət zamanı əsas diqqət vətənpərvərlik tərbiyəsi və Böyük Vətən Müharibəsi abidələrinin qorunması məsələlərinə yönəlib.

Putin Cənubi Osetiyaya iqtisadiyyat, sosial siyasət, səhiyyə, təhsil və təhlükəsizlik sahələrində dəstək vəd edib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 May 2025

10 May 2025

BÜTÜN XƏBƏRLƏR