Onlayn ictimai-siyasi qəzet
Multimilyonçu Mayk Linçin 2024-cü ilin avqustunda Siciliya sahillərində batan yaxtasının dənizin dibindən qaldırılması əməliyyatı 39 yaşlı dalğıcın ölümünə görə dayandırılıb.
Musavat.com xəbər verir ki, məlumatı The Guardian yayıb.
Bildirilir ki, mütəxəssis dünən sualtı hazırlıq işləri zamanı dünyasını dəyişib, ölümün səbəbi araşdırılır. Onun dalış zamanı özünü pis hiss etdiyi güman edilir.
Xatırladaq ki, 2008-ci ildə inşa edilən yaxta Siciliyanın Porticello limanı yaxınlığında fırtına zamanı batıb. Yaxtada ümumilikdə 22 nəfər olub. Britaniyalı sahibkar və multimilyonçu Mayk Linç, onun 18 yaşlı qızı Hanna və Morgan Stanley İnternational şirkətinin direktorlar şurasının sədri Conatan Blumer də daxil olmaqla 7 nəfər həlak olub.
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ