İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna istənilən formatda görüşlərə və danışıqlara hazırdır - Zelenski

Atəşkəs elan olunandan sonra diplomatiya üçün ən yaxşı şans yaranacaq və Ukrayna istənilən formatda görüşlərə və danışıqlara hazırdır.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski X sosial şəbəkəsində yayıb.

Onun sözlərinə görə, mayın 10-da Kiyevdə “İstəyənlər koalisiyasının” sammitindən sonra ABŞ prezidenti Donald Trampla baş tutan söhbət “yaxşı, müsbət və konkret” olub: "Bizim ümumi fikrimiz: ən azı 30 gün ərzində dərhal, tam və qeyd-şərtsiz atəşkəsdir. Biz onun bazar ertəsi, mayın 12-də başlamasını təklif edirik. Biz Rusiyadan cavab gözləyirik. Bu təklif Səudiyyə Ərəbistanındakı danışıqlardan, ABŞ tərəfindən ilk dəfə irəli sürüləndən bəri qüvvədədir".

Qeyd edək ki, Rusiya tərəfi yenə atəşkəs üçün şərt irəli sürür: Moskva atəşkəs dövründə Ukraynaya bütün hərbi dəstəyin dayandırılmasını tələb edir. Lakin Fransa prezidenti Emmanuel Makron bu gün Kiyevdə olarkən bəyan edib ki, atəşkəs dövründə Ukraynaya hərbi dəstəyin dayandırılması mövzu olara gündəmdə belə deyil və atəşkəs qeyd-şərtsiz olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 May 2025

10 May 2025

BÜTÜN XƏBƏRLƏR