Onlayn ictimai-siyasi qəzet
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkədə “qanuni oğru” kimi tanınan ən nüfuzlu şəxslərdən biri – Sergey Oleyniki, ləqəbi “Umka” olan kriminal avtoriteti saxlayıb.
Bu barədə Ukrayna mediası xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Əməliyyat zamanı “Umka”nın istifadə etdiyi zirehli avtomobildən qanunsuz quraşdırılmış xüsusi siqnallar da sökülüb.
Xatırladaq ki, Sergey Oleynik 2021-ci ildə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) tərəfindən sanksiyaya məruz qalmışdı. O, Ukrayna kriminal aləmində ən nüfuzlu şəxslərdən biri hesab olunur.//Konkret.az
@@TVmusavat/114778@@
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ