Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqanska səfər etməyi planlaşdırır. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov qeyd edib ki, Putin Rusiyanın regionlarına fəal səfər edir. Belə ki, o, bu yaxınlarda Kursk vilayətinə səfər edib. Qeyd edək ki, Donetsk və Luqansk Ukrayna ərazisi olub.
Rusiya Silahlı Qüvvələri “İskəndər-M” raket sistemindən istifadə edərək, Dnepropetrovsk vilayətinin Orconikidze rayonunda (Ukrayna) “Patriot” hava hücumundan müdafiə sisteminin mövqeyinə zərbələr endirib, iki buraxılış kompleksi məhv edilib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İskəndər-M” əməliyyat-taktiki raket kompleksinin ekipajı Dnepropetrovsk vilayətinin Orconikidze rayonu yaxınlığındakı “Patriot” zenit-raket kompleksinin mövqeyinə zərbə endirib. Raket zərbəsi nəticəsində AN/MPQ-65 çoxfunksiyalı yaylım atəşi sistemi, döyüş idarəetmə kabinəsi və iki raket əleyhinə sistem məhv edilib”, - Müdafiə Nazirliyi bildirib.
TVMusavat-ın bu gün canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ