Onlayn ictimai-siyasi qəzet
Çin və ABŞ liderləri — Si Cinpin və Donald Tramp 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində görüşəcəklər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin açıqlamasında bildirilib ki, tərəflər iki ölkə arasındakı münasibətləri və ortaq maraq doğuran beynəlxalq məsələləri müzakirə edəcəklər.
Ekspertlərə görə, bu görüş ABŞ–Çin münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı ola bilər. Gözləntilərə əsasən, danışıqlarda ticarət münasibətləri, Tayvan məsələsi və qlobal təhlükəsizlik kimi mövzular gündəmdə olacaq.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ