İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin etiraf etdi: “Amerika prezidenti mənim evimdə olub” - VİDEO

Rusiya prezidenti Vladimir Putin haqqında hazırlanmış yeni sənədli filmdə Kremlin lideri maraqlı etiraflarla çıxış edib.

Musavat.com xəbər verir ki, 4 may tarixində yayımlanacağı gözlənilən film Rusiyanın “Rossiya-1” kanalında təqdim ediləcək.

Film Kremlə rəhbərliyinin 25 illiyinə həsr olunub və orada Putinin şəxsi həyatı, siyasi karyerası və dünyaca məşhur qonaqları barədə açıqlamaları yer alıb.

Putin bildirib ki, onun Sankt-Peterburq şəhərində yerləşən şəxsi mənzilində ABŞ prezidenti də qonaq olub. Əvvəlcə təəccüb doğuran bu açıqlamanın ardınca məlum olub ki, söhbət Bill Klintondan gedir.

Putin deyib: “Mənim Peterburqdakı evimdə ABŞ prezidenti də olub. O zaman bizim münasibətlərimiz indikindən daha fərqli idi”.

Bu açıqlama, Qərb-Rusiya münasibətlərinin kəskin gərgin olduğu bir dövrdə, Putinin keçmişə nostalji ilə yanaşdığını da göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR