İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Moldovanı qarışdırır: Şor Sandunu devirmək planını açıqladı

Rusiya prezidenti Vladimir Putinlə Moldovada axtarışda olan oliqarx İlan Şorun görüşü böyük rezonans doğurub.

Musavat.com xəbər verir ki, görüş Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub.

Moldovada əsasən Rusiyapərəst qüvvələrin sponsoru kimi tanınan Şor açıq şəkildə bildirib ki, onun siyasi blokunun əsas məqsədi prezident Maya Sandunu devirmək və ölkənin Avropa kursundan imtina edərək Rusiyaya yaxınlaşmaqdır.

Kişinyov hakimiyyəti isə bu hadisəni Kreml tərəfindən Moldovanın daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirib. Parlamentin spikeri İqor Qrosu deyib ki, Şor əslində Putinə Moldova daxilindəki təxribatları və seçicilərin pulla ələ alınmasını hesabat verir.

Rəsmi dairələr əmindirlər ki, yaxınlaşan seçkilərdə Rusiyapərəst qüvvələrin hakimiyyəti ələ keçirmək planı iflasa uğrayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR