Onlayn ictimai-siyasi qəzet
Prezident Vladimir Putin Roman Starovoytu Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Starovoyt bu vəzifəni 2024-cü ilin may ayından icra edib.
Ondan əvvəl isə 5 il ərzində Kursk vilayətinə rəhbərlik edib.
Kreml Roman Starovoytun vəzifədən azad edilməsinin səbəblərini izah etməyib. Lakin bir gün əvvəl Nəqliyyat Nazirliyi Leninqrad vilayətində yerləşən Ust-Luqadakı limanda bir tankerə aid ammonyak sızması barədə məlumat yayıb.
Hüquq-mühafizə orqanlarına yaxın mənbələr bildirirlər ki, bu hadisədən əvvəl “naməlum xarakterli partlayış” baş verib.
“Vedomosti” qəzetinin mənbələrinin bildirdiyinə görə, Roman Starovoytun yerinə nəqliyyat naziri postuna hazırda nazir müavini və eyni zamanda keçmiş Novqorod qubernatoru olmuş Andrey Nikitin təyin oluna bilər.
Musavat.com
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ