Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kupyansk və Krasnoarmeysk istiqamətlərində Ukrayna ordusunun bölmələri tam mühasirəyə alınıb və hazırda blokada şəraitindədir.
Musavat.com-un məlumatına görə Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri bu bölgələrdə üstünlüyü ələ alıb və döyüş əməliyyatlarının bütün istiqamətlərində fəal şəkildə irəliləyir.
“Biz jurnalistlərin, o cümlədən Ukrayna və xarici KİV nümayəndələrinin də mühasirə zonasına daxil olmasına qarşı deyilik,” – deyə Putin vurğulayıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, “Burevestnik” raket kompleksi Rusiyanın elmi və texnoloji potensialının bariz nümunəsidir və bu sahədəki nailiyyətlər ölkənin qürur mənbəyidir.
Putin bildirib ki, Rusiya “xüsusi əməliyyat zonasında uzunmüddətli təhlükəsizliyini təmin edir” və Ukrayna rəhbərliyi mühasirədə qalan öz hərbçilərinin taleyi ilə bağlı qərar verməlidir.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ