Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun hara qədər irəliləyə biləcəyi ilə bağlı suala cavab verərkən növbəti dəfə Ukrayna ilə bağlı iddialı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, bu barədə o, Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.
“Mən artıq demişəm: ruslar və ukraynalılar bir xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”, – deyə Putin bildirib.
O qeyd edib ki, Rusiya heç vaxt Ukraynanın suverenliyini şübhə altına almayıb.
Rusiya prezidentinin digər bəyanatlarını təqdim edirik:
▪️ Ukraynanın müstəqilliyi və suverenliyi onun neytral və bloklara qoşulmayan ölkə olmasını nəzərdə tutan bəyannaməyə əsaslanır.
▪️ Ukraynada baş verənlər bizim fəaliyyətimizin nəticəsi deyil, dünyada gedən qlobal dəyişikliklərlə barışmaq istəməyənlərin işidir.
▪️ NATO-nun şərqə doğru beş genişlənmə dalğası olub, halbuki biz daim bunun əleyhinə idik.
▪️ Biz səkkiz il ərzində “DXR” və “LXR”in müstəqilliyini tanımadıq, razılaşma yolları axtardıq.
Putin 2022-ci ildə İstanbul danışıqlarından sonra Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. O vurğulayıb ki, Kiyev Qərb sponsorlarının vəsaitlərinin yarısını, bəzən isə daha çoxunu mənimsəyir.
"Rus əsgərinin ayağı basdığı yer bizimdir", - deyə Putin bildirib.
Dövlət başçısı Sumı vilayəti ilə bağlı da açıqlama verib və bildirib ki, bu ərazini ələ keçirmək məqsədləri olmasa da, bu variantı da istisna etmirlər.
O qeyd edib ki, Kiyev Kursk vilayətinə hücum etməklə münaqişənin coğrafiyasını genişləndirib və Ukrayna bu istiqamətdə 76 min hərbçisini itirib.
Putin bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik zonaları yaratmağa məcbur olub və bu, Ukrayna ordusunun diqqətini yayındırır.
Onun sözlərinə görə, Sumı vilayətində yaradılan təhlükəsizlik zonasının dərinliyi 10–12 kilometrdir.
Rusiya Prezidenti Yaxın Şərqdəki vəziyyətə də münasibət bildirib.
O vurğulayıb ki, Moskva həm İsrail, həm də İranla təmasdadır və bu məsələ ilə bağlı müəyyən təkliflər irəli sürüb.
Putin hesab edir ki, İran və İsrail üçün məqbul həll yollarının tapılması mümkündür və bir ölkənin təhlükəsizliyi digər ölkələrin hesabına təmin olunmamalıdır.
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ