İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin emissarları Bakıya gəldi?– qeyri-rəsmi missiya

Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “VÇK-OGPU” Teleqram kanalı bu gün sensasion məlumat yayıb.

Məlumata görə, Rusiyanın Moskva şəhərindəki Vnukovo hava limanından havaya qalxan xüsusi dövlət aviasiyası Heydər Əliyev Beynəlxalq Hava Limanına enməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, həmin təyyarədə fövqəladə hallar naziri Aleksandr Kurenkovun olduğu bildirilir. Mənbənin iddiasına görə, Kurenkovun səfərinin məqsədi Azərbaycan tərəfi ilə qeyri-rəsmi danışıqlar aparmaq, Rusiya ilə Azərbaycan arasında yaranmış gərginliyi aradan qaldırmaq cəhdidir.

Teleqram kanalının daha əvvəlki məlumatında isə deyilirdi ki, Kreml Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır və bu səbəbdən Putinə bağlı emissarların qeyri-rəsmi “barış missiyası” ilə Azərbaycana göndərilməsi planlaşdırılıb.

İddiaya əsasən, Kurenkov vasitəsilə Prezident Vladimir Putinin şəxsi mesajı Azərbaycan tərəfinə çatdırılacaq. Hətta “tərəflər arasında saxlanılan şəxslərin dəyişdirilməsi” təklifinin də gündəmə gələ biləcəyi bildirilir.

Qeyd edək ki, son həftələr Bakı ilə Moskva arasında münasibətlərdə sərinlik müşahidə olunur və bu səfər gərginliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ hesab oluna bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR