İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin tərəfdarı Gergiyevə səhnə verilməsin! - MÜRACİƏT

Aleksey Navalnının adı ilə bağlı olan Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) İtaliyanın Mədəniyyət Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət edib.

Musavat.com fondun telegram kanalında yayılan məlumata istinadla xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Fondu Valeri Gergiyevin çıxışının ləğv edilməsini və onun ölkəyə girişinin qadağan olunmasını tələb edib.

Fondun hüquqşünasları bəyan ediblər ki, Gergiyev “Ukraynanın işğalını dəstəklədiyinə və Vladimir Putinə yaxınlığına görə” İtaliya üçün “ictimai qayda və təhlükəsizlik baxımından” potensial təhdid yaradır.

FBK, həmçinin, Milanın “Cüzeppe Verdi” filarmoniya orkestrinə və Gergiyevin çıxışının planlaşdırıldığı Kazerta Sarayına məktub göndərərək tədbirin keçirilməsindən imtina etməyə və zalın istifadəyə verilməməsinə çağırıb.

Valeri Gergiyevin Avropa İttifaqının maliyyələşdirdiyi Un'Estate da RE festivalı çərçivəsində İtaliyada çıxış etməyə hazırlaşdığı xəbəri 8 iyulda yayılıb.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun 2022-ci ildə yaydığı araşdırmada Gergiyevin şəxsi fondundan vəsaitləri mənimsədiyi, Nyu-Yorkda 2,5 milyon dollar dəyərində mənzilə və İtaliyada müxtəlif aktivlərə sahib olduğu ortaya çıxmışdı.

Eyni zamanda, 2022-ci ildə Milanın məşhur “La Skala” teatrı Gergiyevdən Rusiya ordusunun Ukraynaya müdaxiləsini açıq şəkildə qınamasını tələb etmişdi. Dirijor bunu etmədiyi üçün onun bütün konsertləri ləğv olunmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR