Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb: “Saat 10:00-da Rusiya Prezidenti Putinlə danışacam. Təşəkkür edirəm!”
Bu, Bakı vaxtı ilə 18:00-a təsadüf edir. Trampın paylaşımı qısa müddətdə yüzlərlə reaksiya toplayıb.
***
Rusiya Prezidenti Vladimir Putin bu gün ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacağını bəyan edib.
Musavat.com xəbər verir ki, Putin bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, telefon əlaqəsi bu gün baş tutacaq. Danışığın gündəliyi barədə ətraflı məlumat verilməsə də, bu təmas beynəlxalq aləmdə geniş rezonans doğurub.
Rusiya ilə münasibətlərin gələcək taleyi baxımından bu danışıq xüsusilə böyük əhəmiyyət daşıyır.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ