Onlayn ictimai-siyasi qəzet
Moskvada keçirilən xüsusi əməliyyat nəticəsində ən nüfuzlu kriminal avtoritetlərdən biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov həbs edilib. Rusiya mənbələrinin məlumatına görə, Vaqif Süleymanov uzun illərdir postsovet məkanında kriminal əlaqələri ilə tanınırdı. Onun Moskvada saxlanılması Rusiya kriminal dairələrində ciddi rezonans doğurub. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur, səbəblərin və ittihamların detalları araşdırılır.
Bundan öncə isə Orenburqda daha bir azərbaycanlı “qanuni oğru”, Zaur Şipilov (kriminal aləmdə “Zaur Naxçıvanski”) saxlanılıb. Ona qarşı “cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq” ittihamı irəli sürülüb. Zaur Naxçıvanski məşhur kriminal avtoritet Bayram Talıbovun oğludur və vaxtilə Rövşən Lənkəranskinin “xaç oğlu” (mənəvi oğlu) kimi tanınıb. Türkiyədə keçirilən “sxodka” zamanı “qanuni oğru” titulu almışdı.
İşarələnmiş şəxs Zaur Şipilovdur
Bu həbslər göstərir ki, Rusiya yalnız azərbaycanlı biznes dairələrini və diaspor rəhbərlərini deyil, kriminal iyerarxiyada Azərbaycana bağlı ən yüksək fiqurları da hədəfə almağa başlayıb.
“Qanuni oğru” nədir?
“Qanuni oğru” postsovet məkanında, xüsusilə də Rusiyada və Gürcüstanda formalaşmış xüsusi kriminal statusdur. Bu titul sxodka (kriminal toplantı) adlanan yığıncaqlarda kriminal “qanunlara” riayət edənlər arasında səsvermə yolu ilə verilir. “Qanuni oğrular” əsasən mübahisələrin həlli, pulların bölüşdürülməsi, “obşak” (kriminal ortaq xəzinə) üzərində nəzarət və kriminal qaydaların qorunması ilə məşğul olurlar. Onlar kriminal dünyada ən yüksək etimada və hakimiyyətə sahib şəxslər sayılır.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ