İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar 

Rusiya Prezidenti Vladimir Putinlə Roma Papası arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti, humanitar məsələləri və din azadlıqlarını müzakirə ediblər. Prezident Putin, həmçinin Müqəddəs Taxt-Tacın sülh prosesində oynaya biləcəyi rola toxunub.

Danışığın əsas məqamları aşağıdakılardır:

- Rusiya Prezidenti Vladimir Putin Roma Papası ilə telefon danışığı zamanı Kiyev rejiminin münaqişəni eskalasiya etdiyinə diqqət çəkib.

- O, Ukrayna ilə münaqişənin həllində vasitəçilik etməyə hazır olduğu üçün Roma Papası XIV Levə minnətdarlığını bildirib.

- Prezident, Rusiyanın Ukraynada sülhə siyasi-diplomatik yolla nail olmaqda maraqlı olduğunu bir daha vurğulayıb.

- Putin ümid etdiyini bildirib ki, Müqəddəs Taxt-Tac Ukraynada vicdan və dini etiqad azadlığının təmin edilməsində daha fəal rol oynayacaq.

- Rusiya lideri, İstanbulda Ukrayna ilə əsirlərin və həlak olmuşların cəsədlərinin mübadiləsi ilə bağlı əldə olunan razılaşmalar barədə Roma Papasını məlumatlandırıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR