İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qalatasaray”dan transfer bombası - “Niyə də olmasın?”

Türkiyənin ən titullu klublarından olan “Qalatasaray” yeni mövsümdə həm daxili çempionatda, həm də UEFA Çempionlar Liqasında uğur qazanmaq məqsədilə transfer bazarında ciddi addımlar atmağa başlayıb.

Sarı-qırmızılılar bu dəfə dünya futbolunun tanınmış simalarından biri, İngiltərənin “Mançester Siti” klubunda çıxış edən portuqaliyalı ulduz Bernardo Silvanı transfer etmək niyyətindədir.

“Qalatasaray” rəhbərliyi bu transferi reallaşdırmaq üçün tanınmış menecer Gardi ilə iş birliyinə başlayıb. Klub Silva ilə ilkin təmaslar qurub və futbolçudan müsbət siqnal alıb. Ulduz futbolçunun cavabı isə belə olub: “Klublar anlaşarsa, niyə də olmasın?”

30 yaşlı Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır. Onun hazırkı transfer dəyəri təxminən 40 milyon avro civarındadır. Portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 33 matçda meydana çıxaraq 4 qol və 4 assistlə yadda qalıb. Çempionlar Liqasında isə 9 oyuna çıxmasına baxmayaraq məhsuldar nəticə göstərə bilməyib.

İngiltərə mətbuatı Silvanın “Mançester Siti”nin gələcək planlarında yer almadığını qeyd edir. Bu da onun yay transfer pəncərəsində klubdan ayrılmaq ehtimalını daha da artırır.  (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR