İnsanlara hürriyət, millətlərə istiqlal!

Qapını qırıb, qadını aparıblar – Xüsusi təyinatlılar Sankt-Peterburqda əməliyyat keçirib

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqda müharibədə iştirakdan imtina etməyi nəzərdə tutan “Şüurlu imtina edənlər” hərəkatının həmtəsisçisi Yelena Popovanın evində axtarış aparıblar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 60 yaşlı Yelena Popovanın mənzilində axtarış aparıldığı barədə hərəkatın Telegram kanalında məlumat verilib.

Popovanın özü hərəkat yoldaşların insident barədə məlumat verməyə macal tapıb. Qadın bildirib ki, təhlükəsizlik qüvvələri onun yaşadığı mənzilin giriş qapısını balta ilə sındırmağa başlayıblar. Mənzilə girməyə çalışanlar Popovanın israrı ilə özlərini FTB əməkdaşları kimi təqdim ediblər. Zərər səbəbindən qapını açarla açmaq mümkün olmayıb.

Bundan sonra Popova ilə əlaqə kəsilib. Vəkil onun evinə gedib, lakin qadının vəziyyəti və ya harada olması ilə bağlı əlavə məlumat hələlik məlum deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR