Onlayn ictimai-siyasi qəzet
İsrail baş nazirinin ofisi ABŞ mediasında yayılan qalmaqallı xəbərə rəsmi münasibət bildirib.
Musavat.com xəbər verir ki, NBC telekanalının yaydığı məlumata görə, guya ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında gərgin telefon danışığı olub, Tramp Netanyahunun üstünə qışqırıb, tərəflər arasında yüksək tonla mübahisə yaşanıb.
“NBC-nin yaydığı məlumat, yəni baş nazir Netanyahu ilə prezident Tramp arasında mübahisə olması və müzakirənin yüksək səslə, qışqırıqla keçməsi barədə deyilənlər 100 faiz saxta xəbərdir”.
Hazırda ABŞ və İsrail arasında bir sıra regional məsələlərlə bağlı sıx əlaqə və koordinasiya mövcuddur. Xüsusilə, “İbrahim sazişi” və Qəzza məsələsində iki ölkə arasında fikir ayrılıqları olsa da, rəsmi Təl-Əviv bu fərqlərin müttəfiqlik münasibətlərinə zərər vurmadığını bildirir.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ