İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın ulduzu Avropada tarixə düşdü

"Qarabağ"ın "Atletik"ə qarşı Çempionlar Liqası oyununun 1-ci dəqiqəsində fərqlənən Leandro Andrade avrokuboklarda tarixə düşüb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu Avropa futbol turnirləri çərçivəsində 3 oyunun 1-ci dəqiqəsində qol vuran ilk oyunçudur. O daha öncə 2023-cü ilin dekabrında "Hakken", 2025-ci ilin yanvarında FKSB, ötən gün isə "Atletik"ə qarşı matçda ilk qolun müəllifi olub. Bu barədə "Opta" məlumat yayıb.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu 3:1 hesabı ilə yekunlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR