İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaraciyəri tərtəmiz edən meyvə BU İMİŞ - MÖCÜZƏDİR

Cənubi Koreya və Çin alimləri apardıqları birgə araşdırmada, Ussuriya armudunun (Pyrus ussuriensis) qaraciyəri alkoqolun yaratdığı zədələrdən müdafiə edə biləcəyini sübut ediblər.

Musavat.com xəbər verir ki, nəticələr nüfuzlu Food & Function jurnalında dərc olunub.

Ussuriya armudu əsrlərdir xalq təbabətində “paxmel” əlamətlərini yüngülləşdirmək üçün istifadə olunsa da, indi onun təsiri laborator mühitdə də elmi cəhətdən təsdiqlənib. Araşdırma göstərib ki, meyvədən əldə edilən ekstrakt qaraciyər hüceyrələrini etanolun toksiki təsirindən qoruyur və spirtin parçalanmasında mühüm rol oynayan fermentlərin fəaliyyətini gücləndirir.

Mütəxəssislər bildirirlər ki, ekstrakt spirtin parçalanması zamanı əmələ gələn asetaldehidin səviyyəsini azaldır. Bu maddə orqanizmdə çox toplandıqda qaraciyərə ciddi zərər vurur. Tədqiqat həmçinin bədəndə zərərli maddələrin əmələ gəlməsini sürətləndirən CYP2E1 fermentinin zəiflədiyini də üzə çıxarıb.

Heyvanlar üzərində aparılan sınaqlar nəticəsində məlum olub ki, armud ekstraktı qanda spirtin və onun törəmələrinin miqdarını aşağı salır, qaraciyərin iltihabi proseslərini zəiflədir, antioksidant müdafiəni isə artırır. Bundan başqa, qaraciyərin zədələnməsini göstərən AST və ALT fermentlərinin də azalması müşahidə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR