İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanı sarsıdan XƏBƏR: XİN başçısının saxlanılması ilə bağlı daha bir AÇIQLAMA

Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Musavat.com xəbər verir ki, bu barədə Astanadakı vəziyyətlə tanış olan mənbə "KazTAG" nəşrinə bildirib.

"Məlumatlar tamamilə saxtadır və Nurtleunun saxlanılması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir", – deyə mənbə vurğulayıb.

Qeyd edək ki, “Orda.kz” nəşri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək rütbəli zabitin saxlanıldığını iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR