Onlayn ictimai-siyasi qəzet
Qərb ölkələrinin bir sıra iri şirkətləri Rusiyayla mümkün əməkdaşlığın bərpası ilə bağlı hüquqşünaslarla fəal şəkildə məsləhətləşməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, bu prosesdə daha çox xammal ticarəti ilə məşğul olan treyderlər, sığorta şirkətləri və gəmiçilik firmaları maraqlıdır. Onlar ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların yaxın gələcəkdə qismən və ya tamamilə ləğv olunacağı ehtimalına hazırlaşırlar.
Hüquq məsləhətçilərinin bildirdiyinə görə, şirkətlər ABŞ məhdudiyyətlərinin yumşaldılması halında rusiyalı tərəfdaşlarla necə işləyə biləcəkləri barədə konkret hüquqi mexanizmləri öyrənirlər. Eyni zamanda Avropa İttifaqı və Böyük Britaniya tərəfindən tətbiq olunan sanksiyaların qüvvədə qalacağı gözlənilir ki, bu da biznesin davranış modellərinə birbaşa təsir edə bilər.
Qeyd edək ki, bu cür məsləhətləşmələrin intensivləşməsi Qərbin iqtisadi dairələrinin Rusiyaya münasibətdə daha praqmatik yanaşmaya keçmək istədiyi ehtimalını gücləndirir.
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ