Onlayn ictimai-siyasi qəzet
İsrailin Qəzza zolağına bazar günü səhər saatlarından həyata keçirdiyi hücumlar nəticəsində azı 96 nəfər həyatını itirib, 140-dan çox insan isə yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.
Qurumun açıqlamasına görə, dağıntılar altında çox sayda yaralı qalıb və mülki müdafiə xidmətləri ilə təcili yardım maşınları onlara çata bilmir. Buna səbəb infrastrukturun dağılması və hücumların davam etməsidir.
Səhiyyə Nazirliyi bildirir ki, 2023-cü il 7 oktyabrdan bu yana Qəzzada ümumi ölənlərin sayı 53 339 nəfərə, yaralananların sayı isə 121 034-ə çatıb.
Beynəlxalq təşkilatlar isə bölgədə humanitar fəlakətin daha da dərinləşdiyini bildirir.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ