Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda ailə faciəsi yaşanıb.
Üç uşaq anası, 50 yaşlı Rabia Bilen, 25 yaşlı qızı Cemre Bileni boğaraq öldürüb. Hadisədən təxminən 18 saat sonra isə özü polisə zəng edərək cinayəti etiraf edib.
Qətliam Hürriyət məhəlləsi, 209-cu küçədə yerləşən bir mənzildə baş verib. Ailədə tez-tez yaşanan gec saatlarda evə qayıtma mübahisəsi bu dəfə faciə ilə nəticələnib. Ana və qız arasında başlayan sözlü mübahisə qısa zamanda böyüyüb. İddialara görə, əsəblərinə hakim ola bilməyən Rabia Bilen qızını boğaraq öldürüb.
Hadisədən sonra Rabia Bilen qızının cəsədini olduğu otağın qapısını kilidləyib. Eyni evdə yaşayan digər iki qızına isə "bacınız gəlməyib" deyərək vəziyyəti gizlətməyə çalışıb.
Yalnız ertəsi gün saat 16:00 radələrində Rabia Bilen özünü polisə təslim edib.
Hadisə yerinə gələn polis və təcili tibbi yardım briqadaları Cemre Bilenin öldüyünü təsdiqləyib.\News24.az
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ