İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma “Qarabağ ordusu”nun generalının şikayəti rədd edildi - Arutyunyana ŞOK

Ermənistan Kassasiya Məhkəməsi Qarabağın işğal altında qaldığı illərdə bölgədə qurulan qondarma rejimin “müdafiə ordusu”nun “komandanı” Cəlal Arutyunyanın və onun vəkilinin şikayətini rədd edib, hökm isə qanuni qüvvəyə minib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə elektron sistemi sayılan “Datalex” məlumat yayıb.

Məhkum edilmiş Cəlal Arutyunyan müvafiq cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək.

Bundan əvvəl Arutyunyan hökmün ləğv olunması və bəraət hökmü çıxarılması tələbi ilə yenidən kassasiya şikayəti vermişdi.

Xatırladaq ki, yanvarın 15-də Sünik vilayətinin ümumi yurisdiksiyalı məhkəməsi hakim Qarik Abelyanın sədrliyi ilə keçirilən iclasda Cəlal Arutyunyanı Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsinə əsasən təqsirli bilib və onu 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Apellyasiya məhkəməsi hökmü dəyişmədən qüvvədə saxlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR