Onlayn ictimai-siyasi qəzet
I Qarabağ savaşında azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən Jirayr Səfilyan yerli Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentinə çağırılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Milli Demokratik Qütb partiyasının mətbuat xidmətindən məlumat yayılıb.
Səfilyanın çağırılmasına səbəb “Ermənistanda “vaqnerçilər”in olması” və “milli təhlükəsizliyə təhdid olması” ilə bağlı xəbərlər yayması olub.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ