İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranı yandırana dəstək, "Körpə İsa"nı güllələyənə 15 min avro cəza:  Qərbin “ikili standartı” ifşa olundu

Musavat.com xəbər verir ki, İsveçrə ictimaiyyəti hazırda ciddi bir qalmaqalla çalxalanır. Prokurorluq bosniya-alban əsilli, liberal və “yaşıllar” dairələrinə yaxın olan Saniya Ametiyə qarşı 15 min avro məbləğində cərimə tələb edib. Səbəb isə onun müqəddəs xristian dəyərlərinə qarşı açıq hörmətsizlik nümayiş etdirməsi olub.

Sosial şəbəkələrdə yayılan fotolarda Ametinin Müqəddəs Məryəm Ana və körpə İsanın ikonasına atəş açaraq poza verməsi əks olunub. Bu hərəkət İsveçrədə qəzəb doğurub və “mədəni barbarlıq” kimi qiymətləndirilib.

Maraqlıdır ki, Avropanın müxtəlif ölkələrində – İsveç, Norveç, Fransa və digərlərində Qurani-Kərimə, Peyğəmbərimizə (s.ə.s.) qarşı təhqiramiz hərəkətlər edənlər ya himayə olunur, ya da “söz azadlığı” prinsipi ilə qorunurlar. Həmin şəxslərə qarşı sərt tədbirlər görülmür, əksinə, dövlət tərəfindən mühafizə təmin edilir.

Amma məsələ xristian dəyərlərinə toxunanda Qərb tamamilə fərqli mövqe sərgiləyir: dərhal cərimə, ittiham, məhkəmə prosesləri gündəmə gəlir. Bu isə Avropada tətbiq olunan açıq ikili standartların bariz nümunəsidir.

Qeyd edək ki, biz müsəlmanlar üçün də İsa peyğəmbər Allahın elçilərindən biridir və müqəddəsdir. Ona, Məryəm Anaya hörmətsizlik həm İslam, həm də xristian dəyərlərinə qarşı təhqir kimi qəbul olunur.

Məsələ burasındadır ki, Avropada İslam dəyərlərinə qarşı təhqir “azadlıq” adlandırılır, lakin xristian dəyərlərinə toxunan şəxs sərt cəzalandırılır. Bu, Qərbin ikili standartlarının daha bir nümunəsi olaraq, bütün dünya ictimaiyyətində etirazla qarşılanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR