Onlayn ictimai-siyasi qəzet
“Son dönəmlər Qurban Qurbanov niyə hədəf seçilib” sualına cavab tapmaq üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.
A. Hacıyev Musavat.com-a bildirdi ki, o istiqamətdə həmişə belə hadisələr olub:
““Qara piar”ın mənbəyi ilə bağlı məsələyə indiki məqamda münasibət bildirə bilməyəcəyəm. Həm Qurban Qurbanovun, həm də komandamızın istiqaməti bəllidir. Biz fikrimizi futbola yönləndirmişik. İlk mövsümlük əsas hədəflərdən birinə çatmışıq. Komandamız çempion olub. Növbəti hədəfimiz Azərbaycan kubokunun qalibi olmaqdır. Bütün fikrimizi buna yönləndirmişik. Çalışırıq kənar məsələlərlə özümüzü yormayaq. Fikrimiz futboldadır - həm Qurban Qurbanovun, həm futbolçuların, həm də idarəçilərin. Nəticələr göz önündədir”.
Aytən Novruz
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ