İnsanlara hürriyət, millətlərə istiqlal!

"Raqasa" tayfunu Tayvanı vurdu - ölənlər və itkin düşənlər var

Şiddətli "Raqasa" qasırğası Tayvanın Hualyen bölgəsini vurub və bu, Matay-an-Krik gölündəki bəndin dağılmasına, ətrafda daşqınlara səbəb olub.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, təbii fəlakət 14 nəfərin həyatına son qoyub, daha 124 nəfər itkin düşüb.

Hualyen rayonunun fövqəladə hallar xidmətinin məlumatına görə, tayfunun səbəb olduğu yağışlar nəticəsində bir mərtəbə hündürlüyünə qədər yüksələn su axınları əmələ gəlib. Ölənlərin çoxu evlərinin birinci mərtəbələrində tapılan yaşlı insanlardır.

Suyun çəkilməsinə baxmayaraq, küçələr hələ də palçıq və zibil qatına bürünüb. Xilasedicilər ev-ev gəzərək insanların axtarışlarını davam etdirirlər. Sel suları dəmiryol vağzalını və relsləri basıb, həmçinin əyalət magistralında Matayan çayı üzərindəki körpünü dağıdıb.

Səlahiyyətlilərin məlumatına görə, ölən 14 nəfərdən başqa, Hualyendə 18 nəfər yaralanıb, 124 nəfər itkin düşüb, Quanqfu, Fenglin və Vançjonq kəndlərində 3000-dən çox insan təxliyə edilib.

Fırtına Honq-Konqa gəldi - güclü küləklər, leysanlar və fırtınalı dənizlər. “Raqasa” Çinin cənubuna doğru irəliləyir, orada hakimiyyət artıq 1 milyon insanı təxliyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR