Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrova zəng vurub.
Musavat.com Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun yaydığı açıqlamaya istinadən xəbər verir ki, telefon danışığında dövlət katibi Amerikanın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planını müzakirə edib.
Açıqlamada bildirilir ki, Marko Rubio mayın 16-da İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları zamanı əldə edilən məhbus mübadiləsi razılaşmasını alqışlayıb və prezident Trampın sərt mesajını çatdırıb:
"Birləşmiş Ştatlar Rusiya-Ukrayna müharibəsinin davamlı sona çatmasına sadiqdir. ABŞ-ın təklif etdiyi hərtərəfli sülh planı irəliyə doğru ən yaxşı yoldur".
Bryusun sözlərinə görə, dövlət katibi prezident Trampın "dərhal atəşkəs və zorakılığın dərhal dayandırılması çağırışı"nı qeyd edib.
Qeyd edək ki, Rubionun Lavrova zənginin prezidentlər arasında telefon danışığına hazırlıq məqsədi daşıdığı güman olunur.
Trampın mayın 19-da Vladimir Putinlə danışacağına dair açıqlamasından sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında Rusiya və ABŞ liderləri arasında telefon danışığının hazırlandığını təsdiqləyib.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ