Onlayn ictimai-siyasi qəzet
"Venesuela prezidenti Nikolas Maduro narkotik kartelinə rəhbərlik edir".
Musavat.com xəbər verir ki, bu ittihamla ABŞ dövlət katibi Marko Rubio X hesabında çıxış edib.
"Maduro ölkəni zəbt etmiş narkotik-terror təşkilatı olan "Los Soles" kartelinin rəhbəridir. O, ABŞ-a narkotik tədarük etməkdə ittiham olunur", - o qeyd edib.
Prezident Co Baydenin başçılıq etdiyi əvvəlki ABŞ administrasiyası Maduronun saxtalaşdırdığı 28 iyul 2024-cü il prezident seçkilərinin nəticələrini tanımayıb və seçkilərdə rəqibi, müxalifət lideri Edmundo Qonzalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb. Maduro yanvarın 10-da vəzifəyə başlamazdan əvvəl Bayden Qonzaleslə görüşüb və onu seçilmiş dövlət başçısı elan edib.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ