İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Stalinizm geri qayıdır: fərqli fikrə görə hərbçiyə 2,5 milyon rubl cəza!

Musavat.com xəbər verir ki, Rusiya silahlı qüvvələrində “fikrə nəzarət” rejimi daha da sərtləşib. “Kommersant” qəzetinin yaydığı məlumata görə, rusiyalı hərbçi Səfərbəy Hacıyev yalnız “ümidsizlik ruhlu söhbətlərə” görə 2,5 milyon rubl (təxminən 28 min dollar) məbləğində cərimələnib.

Hacıyev tabeliyində olan hərbçilərə guya “Xüsusi Hərbi Əməliyyat” barədə qəsdən yalan məlumat verib, Donetsk vilayətində Ukrayna ordusunun uğurlarını şişirdib, eyni zamanda Rusiya Silahlı Qüvvələrinin fəaliyyətini mənfi şəkildə şərh edib. Bu səbəbdən ona qarşı “saxta məlumat yaymaq və ordunun nüfuzuna xələl gətirmək” maddələri ilə cinayət işi açılıb və ağır maliyyə cəzası tətbiq edilib.

Bu hadisə göstərir ki, Rusiya ordusunda təkcə texniki və taktiki yox, ideoloji nəzarət də sərt şəkildə həyata keçirilir. Yəni bir hərbçi real vəziyyəti deyərsə və ya döyüş ruhunun zəif olduğunu etiraf etsə, bu artıq cinayət sayılır.

Səfərbəy Hacıyevin “günahı” isə yalnız bu olub ki, əsgərləri ilə danışıb, onların arasında real vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. İndi isə həmin danışıq Rusiya hərbi prokurorluğu tərəfindən “təbliğat xarakterli yalan və düşmənə dəstək” kimi qiymətləndirilib.

Müşahidəçilər qeyd edir ki, bu cür cəzalar Rusiya ordusunda və cəmiyyətində ikinci Stalinizm dalğasının başladığını göstərir. Artıq silahlı qüvvələrdə təkcə döyüş performansı deyil, ideoloji sədaqət də hökm verir.

Bu cür hadisələr həm ordunun daxilindəki psixoloji gərginliyi, həm də Kreml rejiminin təcrid olunmuş, qorxu ilə idarə olunan bir mexanizmə çevrildiyini sübut edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR