İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov Castin Timberleykin Bakıda keçirilən konsertində – “Sold out” şousuna dəstək verdi - VİDEO

Tanınmış azərbaycanlı sənətçi və iş adamı Emin Ağalarov ABŞ-ın dünya şöhrətli pop ulduzu Castin Timberleykin Bakıda keçirilən möhtəşəm konsertinə qatılıb.

Musavat.com xəbər verir ki, Eminin sosial şəbəkədə paylaşdığı görüntülərdə stadionun tam dolduğu və tədbirin “absolyut sold out” statusu aldığı qeyd olunur.

Emin Ağalarov konsertdən paylaşdığı videoya bu sözləri əlavə edib:

“Dəfələrlə gözlənilən Castin Tumberleyk konserti Bakıda! Tamamilə sold out”

O, eyni zamanda tədbirin təşkilatçıları olan @justintimberlake, @iticketproduction və @dreamgroupint hesablarını da işarələyib.

Kadrlarda Emin Ağalarovun konsert məkanında Timberleykin çıxışını izlədiyi, daha sonra isə məhdud qonaq siyahısı ilə keçirilən “backstage” görüşlərdə yer aldığı görünür. Görüntülərdə onun oğlu Mikail, Əli və digər gənclərlə birgə olduğu da əks olunur.

Bu hadisə həm də Eminin dünya ulduzları ilə Bakıda qurduğu yeni səhnə əlaqələrinin bir nümunəsidir. Qeyd edək ki, Sea Breeze şəhərciyində keçirdiyi tədbirlərlə regionun musiqi həyatında mühüm rol oynayan Emin, bu dəfə də dünya ulduzunun səfərinə xüsusi dəstək verməklə diqqət çəkdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR