İnsanlara hürriyət, millətlərə istiqlal!

Los-Ancelesdəki yanğınlar sığortaçıları “yandırdı”

2025-ci ilin ilk yarısında Los-Ancelesdə baş verən yanğınlar təbii fəlakətlərlə bağlı sığorta tarixində “Fukusima-1” atom elektrik stansiyasındakı qəzanın baş verdiyi 2011-ci ildən bəri ən böyük zərərə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “Munich Re” sığorta şirkəti məlumat yayıb.

Məlumata görə, ilin ilk altı ayında təbii fəlakətlərlə bağlı ümumi sığortalanmış zərər 80 milyard dollar təşkil edib. Bunun yarısı yanvar ayında Los-Ancelesdə baş verən meşə yanğınlarının payına düşür. Bu göstərici sığorta şirkətləri üçün son onillikdə görünməmiş səviyyəyə çatıb.

“Munich Re” şirkəti zərərin miqyasının ilin ikinci yarısında ABŞ-da başlayacaq qasırğa mövsümündən sonra daha da artacağını proqnozlaşdırır. Hazırda hər il 100 milyard dolları aşan sığortalanmış zərər artıq istisna deyil, yeni norma kimi qəbul olunur.

Avropada isə əsas zərərin səbəbi iyun ayında Avstriya, Almaniya və Fransada baş verən güclü ildırımlar və fırtınalar olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR