İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin baş naziri: “HƏMAS Qəzza üzərində nəzarətini dayandırmalıdır”

Fələstinin baş naziri Məhəmməd Mustafa bildirib ki, HƏMAS Qəzza zolağı üzərində nəzarətinə son qoymalı və silahları Fələstin Milli Administrasiyasına təhvil verməlidir.

Musavat.com xəbər verir ki, baş nazir bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həlli üzrə beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Biz, Dövlət olaraq, BMT Təhlükəsizlik Şurasının mandatı ilə xalqımızı qorumaq, atəşkəs rejiminə bütün tərəflərin əməl etməsinə nəzarət etmək və təhlükəsizliyi təmin etmək məqsədilə regional və beynəlxalq qüvvələrin yerləşdirilməsini dəstəkləməyə hazırıq”, – deyə Mustafa qeyd edib.

O, əlavə edib ki, bu qüvvələr Fələstin təhlükəsizlik strukturlarını əvəz etməyəcək və yerli idarəetmənin tərkib hissəsi kimi fəaliyyət göstərəcək.

Baş nazir həmçinin vurğulayıb ki, Qəzza zolağının İordan çayının qərb sahili ilə birləşdirilməsi istiqamətində işğal, məcburi köçürmə, məskunlaşma və ya anneksiya olmadan vahid və hüquqi prosesin aparılması vacibdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR