Onlayn ictimai-siyasi qəzet
Roskosmos-un baş direktoru Dmitri Bakanov NASA rəhbərliyi ilə danışıqlar aparmaq üçün Hyustona (ABŞ) gedib.
Musavat.com xəbər verir ki, məlumatı korporasiyanın mətbuat xidməti yayıb.
Bildirilir ki, tərəflər Beynəlxalq Kosmik Stansiyanın fəaliyyətinin uzadılması, çarpaz uçuşların davam etdirilməsi və stansiyanın orbitindən çıxarılması prosesini müzakirə etməyi planlaşdırırlar.
Roskosmos bildirib ki, NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi ilə danışıqlar iyulun 31-nə planlaşdırılıb: "Bu, Roskosmos və NASA rəhbərləri arasında 2018-ci ildən bəri ilk danışıqlar olacaq".
“Roskosmos”un məlumatına görə, Rusiya nümayəndə heyəti ABŞ-dakı Conson Kosmik Mərkəzində olacaq, burada mərkəzin struktur bölmələrinin işi ilə tanış olacaq: “İyulun 31-nə planlaşdırılan “Crew-11” missiyasının buraxılışı ərəfəsində Dmitri Bakanov çarpaz uçuş proqramı çərçivəsində Roskosmos-un kosmonavtı Oleq Platonovun daxil olduğu “Crew Dragon” kosmik gəmisinin ekipajı ilə görüşəcək”.
Dövlət korporasiyasının məlumatına görə, Bakanov həmçinin BKS-də qarşıdan gələn missiyanın işə salınmasına hazırlığın yoxlanılmasında iştirak edəcək.
İyulun 28-də Roskosmos rəhbəri RBC-TV kanalının efirində bildirib ki, Amerika tərəfi Rusiya nümayəndə heyətini Crew Dragon kosmik gəmisinin buraxılışına dəvət edib.
Missiya Roskosmos və NASA arasında qarşılıqlı uçuşlar haqqında saziş çərçivəsində həyata keçirilir.
Bakanov ABŞ-a səfəri zamanı həmçinin “SpaceX” və “Boeing” şirkətlərinin kosmik gəmilərin montaj binalarında olacaq: “Rusiya nümayəndə heyəti SpaceX və Boeing kosmik gəmilərinin yığılması binalarına baş çəkəcək. Həmçinin Rusiya nümayəndə heyəti CST-100 Starliner təkrar istifadə edilə bilən idarə olunan nəqliyyat kosmik gəmisinin hazırlandığı “Boeing” istehsalat bölməsinə baş çəkməyi və şirkətin kosmik proqramın rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır”.
İyulun 28-də Bakanov SpaceX şirkətinin rəhbəri İlon Mask ilə kosmosun dərin tədqiqi sahəsində potensial əməkdaşlığı müzakirə etdiyini bildirib.
Musavat.com
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ