Onlayn ictimai-siyasi qəzet
Rumıniyada prezident seçkilərinin birinci turu ölkədaxili seçki məntəqələrində səsvermələrin 100%-nin hesablanması ilə başa çatıb.
Musavat.com xəbər verir ki, nəticələr ölkə siyasətində ciddi dəyişikliklərin xəbərçisidir.
Millətçi mövqeləri ilə tanınan “Rumıniyanın birləşməsi alyansı”nın lideri Ciorce Simion seçkilərdə 40,96% səslə liderdir. Onun ardınca müstəqil namizəd, Buxarest meri Nikuşor Dan qərarlaşıb. Hakim koalisiyanın namizədi Krin Antonetsku isə üçüncü yerə çıxıb.
Simiom artıq ilk turun nəticələrini öz qələbəsi kimi qiymətləndirib və bu uğuru ötən ilin payızında keçirilmiş, lakin konstitusiya məhkəməsi tərəfindən nəticələri ləğv edilən seçkilərdə qalib gəlmiş Kelin Ceorceskuya həsr edib.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ