İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus keşişləri də “donos” yazmağa başlayıb - kilsədə Z-təcrübə yayılır

Rusiya Pravoslav Kilsəsində “dini donos” mədəniyyəti formalaşır, keşişlər bir-birini və ziyarətçiləri şikayət edir

Musavat.com rus mediasına istinadən xəbər verir ki, tanınmış teoloq Andrey Kurayev Pskov vilayət administrasiyasının yerli yeparxiyaya göndərdiyi məktubu yayıb.

Sənəddə ruhanilərdən “kilsə daxilindəki fitnə və kramola haqqında məlumatları dərhal bölüşmək”, yəni donos yazmaq tələb olunur.

Kurayevin sözlərinə görə, Ukrayna müharibəsi başlayandan sonra donos yazmaq praktikası Rusiya Pravoslav Kilsəsində (RPK) sürətlə yayılıb və artıq kilsə daxilində “Z-mədəniyyəti”nin bir parçasına çevrilib. “MO” nəşri bu barədə bir neçə səciyyəvi hadisəni toplayıb və donosların qurbanı olan keşişlərlə danışıb.

“Donos”lar Tanrının evinə də girdi

Moskvaətrafı Georgiyev kilsəsinin rəhbəri keşiş Pavel Ostrovski, yazıçı Zakhar Prilepin və Vladimir Makaninin romanlarından məktəblilərin öyrəndiyi mətnlərə qarşı çıxıb və hakimiyyəti “bu kitabları Ramzan Kadırova göstərməyə” çağırıb. Ostrovskinin Prilepin barədə yazdığı donos Zelenoqrad arxiyepiskopu Savva Tutunov tərəfindən dəstəklənib.

Mitropolitin donosları ilə tamaşa qadağan olundu

Klinksk mitropoliti Leonid Qorbaçov (yaxınlarda vəzifədən uzaqlaşdırılıb) mütəmadi olaraq “pro-ukraynalı” vətəndaşlar barədə şikayətlər yazıb. Məhz onun donosundan sonra aktyorlar Yuri Nazarov və Olqa Vasilyevanın iştirakı ilə tamaşa ləğv edilib, cütlük isə ölkəni tərk etməyə məcbur olub.

Kilsə içində kilsəyə qarşı

Keşiş Andrey Tkaçev öz ziyarəçtilərini polisə şikayət edib. Onun donosundan sonra keşişin avtomobilinə yaxınlaşaraq “müharibə əleyhinə” şüar səsləndirən şəxs saxlanılıb.

“Sülh” dediyi üçün rütbədən məhrum edildi

Moskvalı keşiş İoann Koval isə öz köməkçisinin donosunun qurbanı olub. Köməkçi bildirib ki, İoann “Vətənpərvərlik duasında” “qələbə” sözünü “sülh” sözü ilə əvəz edib. Bu “səhv” onun keşişlikdən uzaqlaşdırılması ilə nəticələnib.

Anonim kanalların “müqəddəs” ordusu

RPK aparatının nəzarətində olan anonim Telegram kanallarından ibarət geniş bir şəbəkə formalaşıb. Bu kanallar açıq şəkildə donoslar yaymaqla məşğuldur. Ən məşhuru — “Yepiskop Lüsifer” adlı kanaldır. O, sonradan keşişlikdən çıxarılan Aleksey Uminski, Andrey Kordoçkin və Andrey Kurayev barədə donoslar yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR