Onlayn ictimai-siyasi qəzet
İyunun 5-dən 6-na keçən gecə (saat 20:00-dan etibarən) Rusiya ordusu Ukraynaya qarşı 452 ədəd hava hücumu vasitəsi, raket və pilotsuz uçuş aparatı (PUA) buraxıblar.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ruslar ümumilikdə 407 "Şahed" dronu ilə hücum edib. Bu hücumlar əsasən Rusiyanın Kursk, Oryol, Millerovo, Şatalovo, Primorsk-Axtarsk bölgələrindən və Krımın Qvardeyskoye qəsəbəsindən həyata keçirilib.
Bundan əlavə, Rusiya tərəfi Ukraynaya qarşı: 6 ədəd “İskəndər-M/KN-23” ballistik raketi (Kursk və Voronej vilayətlərindən), 36 ədəd “X-101” qanadlı raketi (Tupolev “Tu-95 MS” və “Tu-160MS” strateji bombardmançı təyyarələrindən, Saratov vilayətinin hava məkanından və Xəzər dənizi üzərindən), Krımın Cankoy bölgəsindən 2 ədəd “İskəndər-K” qanadlı raketi, Qara dəniz üzərində taktiki aviasiyadan 1 ədəd “X-31P” tipli anti-radar raketi buraxıblar.
Ukraynanın Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə bölmələri, zenit-raket qoşunları, radioelektron mübarizə və pilotsuz sistemlər üzrə bölmələri, mobil atəş qrupları bu hücumu dəf etmək üçün cəlb olunub.
İlkin məlumatlara görə, səhər saat 10:00-a olan vəziyyətə əsasən, ölkənin müxtəlif bölgələrində düşmənin 406 hava hücumu vasitəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Zərərsizləşdirilən vasitələr arasında: 199 ədəd "Şahed" tipli və digər növ PUA-lar vurulub, 169 ədəd PUA isə radioelektron mübarizə vasitələri ilə lokallaşdırılıb və ya sıradan çıxarılıb, 4 ədəd "İskəndər-M/KN-23" ballistik raketi vurulub, daha 2-si hədəfə çatmayıb, 30 ədəd "X-10" qanadlı raketi və 2 ədəd “İskəndər-K” raketi vurulub.
Hərbi Hava Qüvvələri qeyd edib ki, düşmənin aviazərbələri 13 yerdə, vurulan pilotsuz təyyarələrin (qalıqların) düşməsi isə 19 yerdə qeydə alınıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, ruslar bütün ölkəni hədəfə alıblar. Volın, Lvov, Ternopil, Kiyev, Sumı, Poltava, Xmelnitski, Çerkası və Çerniqov vilayətləri raket və dron hücumlarına məruz qalıb.
Prezident əlavə edib ki, hazırda 49 nəfərin yaralandığı, 3 nəfərin isə həlak olduğu məlumdur. Onların hamısı Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşlarıdır.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ