İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropaya sərt reaksiya verdi: İranla bağlı sanksiyaların bərpası “səhv qərar” adlandırıldı

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya, Almaniya və Fransanın – “evrotrio”nun İrana qarşı sanksiyaları bərpa etmək qərarını kəskin tənqid edib.

Musavat.com xəbər verir ki,  məlumatda bildirilir ki, Moskva bu addımı hüquqi əsası olmayan, eyni zamanda regionda vəziyyəti gərginləşdirən təhlükəli bir qərar kimi qiymətləndirib. Nazirlik bəyan edib ki, “sanksiyaların bərpası mexanizmini işə salmaq danışıqlar yolu ilə həll imkanlarını zəiflədən ciddi destabilizasiya faktorudur”.

Rusiya tərəfi “evrotrio”nu bu “səhv addımı” təcili olaraq yenidən nəzərdən keçirməyə çağırıb və xəbərdarlıq edib ki, bu proses geri dönməz nəticələrə gətirib çıxara bilər.

Moskva həmçinin vurğulayıb ki, İranın nüvə proqramı ətrafında yeni eskalasiyanın qarşısını almaq və konstruktiv dialoqu bərpa etmək əsas vəzifə olaraq qalmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR