İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ

Moskva Cənubi Qafqaz və Mərkəzi Asiyada rusdilli əhaliyə qarşı “təzyiqlərin artdığı” iddiası ilə bu ölkələrə qarşı sərt sanksiya paketi hazırlayır.

Musavat.com xəbər verir ki, Kreml bu ölkələrdə rus dilindən istifadənin məhdudlaşdırılması ilə bağlı qanunların qəbulunu “dil hüquqlarının pozulması” kimi qiymətləndirir.

Moskva tərəfindən müzakirəyə çıxarılan əsas tədbirlər bunlardır:

– vizaların tətbiqi;
– pul köçürmələrinə məhdudiyyətlər (bu, əsasən, Rusiyada işləyən miqrantlara ciddi təsir göstərəcək);
– əmək kvotaları;
– rus şirkətlərinin iştirakı ilə həyata keçirilən logistika və infrastruktur layihələrinin dayandırılması.

Sanksiyaların əsas hədəfində Tacikistan, Özbəkistan, Qırğızıstan və Cənubi Qafqaz ölkələri dayanır.

Bundan əlavə, Rusiya sərhədyanı bölgələrdə hərbi təlimlər və “ruslara təhlükə yaranacağı təqdirdə humanitar müdaxilə” də daxil olmaqla, güc tətbiqi ssenarilərini də istisna etmir.

Musavat.com 

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR