Onlayn ictimai-siyasi qəzet
Rusiya vətəndaşlığından çıxarılan azərbaycanlı bloger Sübhan Məmmədova (Subo) haqda cinayət işi açılıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, S.Məmmədov 50 milyon rubldan çox məbləğdə vergidən yayınmada və “çirkli pulların yuyulmasında” şübhəli bilinir.
Blogerinin qardaşı Samir Məmmədov artıq Moskva vilayətində saxlanılıb. Müstəntiqlərin fikrincə, o, qardaşı Dubaya qaçdıqdan sonra onun əmlaklarını- Moskvada bir neçə mənzil və bir sıra premium avtomobilin satmağa kömək edib.
Bundan başqa, məlum olub ki, bloger özü, atası və qardaşları hərbi xidmətə yazılmaq öhdəliyinə məhəl qoymayıblar.
Bildirilir ki, S. Məmmədov təsisçisi olduğu Soul burger restoranının menecerlərindən birini də sorğu-sual üçün istintaqa çağırılıb. Müstəntiqlər onun da ittihamlarda mümkün iştirakını yoxlayır.
Rusiya mediası iddia edir ki, Sübhan Məmmədov şəxsi bloqlarında qeyri-adi davranışları ilə məşhurlaşıb. O, dəfələrlə polis əməkdaşlarını təhqir edib, insanları qanunsuz hərəkətlərə təhrik edib. Nəticədə istintaqa cəlb edilərək Rusiya vətəndaşlığından məhrum edilib. O da bildirilir ki, S.Məmmədov zərbaycan vətəndaşlığından imtina etdiyi haqda Rusiyaya yalan məlumat verib.
Məmədov 1999-cu ildə Moskvada anadan olub. Orta məktəbdə çətin xarekteri ilə seşçilsə də, Bauman Universitetinə daxil olub.
2018-ci ildə Məmmədov YouTube kanalı açıb. Burada gündəlik həyatından bəhs etdiyi videolar yerləşdirməyə başlayıb. 2019-cu ildə Məmmədov özünü musiqi sahəsində sınamaq qərarına gəlib. 2021-ci ildə Sübhanın uzun müddətdir xoşbəxt evli olan müğənni Qlukoza ilə münasibət qurması ilə bağlı xəbərlər yayılıb. 2021-ci ilin yayında sənətçinin ağır xəstəlindiyi xəbəri yayılıb.
Musavat.com
14 Iyul 2025
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ