Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqında 1 yanvar 2024-cü ildən etibarən Rusiya almazlarının idxalı qadağan edilsə də, Moskva bu qadağanı müxtəlif sxemlərlə aşaraq Avropaya almaz ixracını davam etdirir.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” saytı məlumat yayıb.
Xatırladaq ki, ABŞ, Kanada və Böyük Britaniya hələ 2022-ci ildə Rusiyanın “Alrosa” konserninə qarşı sanksiyalar tətbiq etmişdi. Bu şirkət Rusiyada hasil edilən almazların 97 faizinə nəzarət edir.
Araşdırmaçı jurnalistlərin “Arctida” layihəsi çərçivəsində ortaya çıxardığı məlumata görə, “Alrosa” sanksiyaları aşmaq üçün “RVK” adlı vasitəçi şirkət yaradıb. Formal olaraq şirkət əvvəllər “Alrosa”da işləmiş bir qadının adına rəsmiləşdirilib.
Sxem belə işləyir: əvvəlcə işlənməmiş almazlar Ermənistana göndərilir, orada daşlar cilalanır və beləliklə, onların “rus mənşəyi” formal olaraq itirilir. Daha sonra bu almazlar Hindistana, BƏƏ-yə və ya Çinə satılır, satış zənciri isə sonda Avropa İttifaqının almaz sənayesinin ən böyük mərkəzi olan Antverpenə qədər uzanır.
Musavat.com
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ