İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hakerləri prezident seçkiləri zamanı Rumıniya saytlarına hücum edib


Dünən Rumıniya Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və prezidentliyə namizəd Krin Antoneskunun saytları istifadəçilər üçün əlçatmaz olub.

Musavat.com “Qorodn media”ya istinadən xəbər verir ki, bu barədə Digi24 saytı məlumat yayıb.
Müstəqil jurnalist Viktor İlie haker qruplaşması bir sıra dövlət qurumlarının və namizədlərin saytlarına kiberhücum həyata keçirdiyini yazıb. Gün ərzində hakimiyyət orqanları hücum faktını təsdiqləyiblər. Daha sonra hücuma görə məsuliyyəti Ruisya mənşəli NoName057 qruplaşması öz üzərinə götürüb.

Qrup belə bir açıqlama verib:

“Rumıniyada prezident seçkiləri başlayıb və əsas favorit özünü Vladimir Putinin müttəfiqi kimi təqdim edən millətçi AUR partiyasının lideri Corce Simiondur. Biz bu hadisəyə biganə qala bilməzdik və Rumıniyaya öz DDoS-sürprizlərimizi göndəririk”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR