Onlayn ictimai-siyasi qəzet
Çelyabinsk məhkəməsi milyarder Konstantin Strukova məxsus olan “Yujuralzoloto” şirkətindəki bütün səhmləri və 100% paya sahib olduğu “Upravlyayushchaya kompaniya YUGK” MMC-ni dövlət mülkiyyətinə keçirib.
Musavat.com xəbər verir ki, bu, son iki ayda Rusiyada həyata keçirilən ikinci böyük milliləşdirmədir. Daha əvvəl isə dövlətin mülkiyyətinə Domodedovo hava limanı keçmişdi.
Qeyd edək ki, Rusiyanın KİV-lərində yayılan məlumatlara görə, Strukov Rusiyanı tərk edərək Türkiyəyə qaçmaq istəyərkən yaxalanıb.
Lakin biznesmenin şirkəti bu xəbəri təkzib etsə də, yayılan fotolar həbs anını təsdiqləyir.
Musavat.com
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ